Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

17.07.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.

Azərbaycanın XİN başçısı vurğulayıb ki, uçuşların bərpası 2024-cü ilin dekabrında Azərbaycan mülki təyyarəsi ilə baş vermiş faciəvi insidentdən sonra məhdudlaşdırılan marşrutlara şamil ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью