Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ARTDI

14.10.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı ilin ilk doqquz ayında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 faiz artaraq 214,306 milyard dollara çatıb. Artım həm Çindən Rusiyaya, həm də Rusiyadan Çinə mal tədarükündə qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” Çinin Baş Gömrük İdarəsinin məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, Çin yanvar-sentyabr aylarında Rusiyaya 98,059 milyard dollar dəyərində məhsul ixrac edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,1 faiz çoxdur.

Eyni zamanda, Rusiyadan Çinə məhsul tədarükü 28,6 faiz artaraq 116,247 milyard dollar təşkil edib.

Sentyabr ayında iki ölkə arasında ticarət dövriyyəsi 29,064 milyard dollar olub. Həmin ay Rusiya Çinə 15,666 milyard dollar dəyərində məhsul göndərib, Çin isə Rusiyaya 13,398 milyard dollarlıq mal ixrac edib.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью