Rusiya ilə Çin arasında ticarət dövriyyəsi rekord həddə çatıb

18.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 244 milyard dollara yüksəlib. Halbuki tərəflər daha əvvəl bu göstəricini 200 milyard dollara çatdırmağı hədəfləyirdilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Novatek” şirkətinin baş direktoru Leonid Mixelson Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında keçirilən görüşün nəticələrini şərh edərkən bildirib.

O qeyd edib ki, iki ölkə arasında illik ticarət dövriyyəsi üzrə müəyyənləşdirilən hədəf artıq geridə qalıb. Mixelson görüşün nəticələrini müsbət qiymətləndirərək ölkələr arasında əməkdaşlığın əsas istiqamətlərinin müzakirə olunduğunu vurğulayıb.

Murad İsmayıl 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью