Rusiya ilə Çin arasında yükdaşımaların həcmi artıb

08.09.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ilin ilk beş ayının nəticələrinə görə, Rusiya ilə Çin arasında avtomobil yolu ilə yük daşımalarının ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artıb.

“Cebheinfo.az” xəbər verir ki, Çinin gömrük məlumatlarına əsasən, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Məlumata görə, Moskva və Pekin nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməyə davam edir.Bidirilir ki, tərəflər 2026-cı il üçün yük avtomobilləri ilə daşımalar üzrə 65 min qarşılıqlı icazənin verilməsi barədə razılığa gəliblər.

İlkin hesablamalara əsasən, 2027-ci ildə bu göstəricinin 138 850 icazəyə çatdırılması planlaşdırılır. Avtomobil daşımaları ilə yanaşı, iki ölkə arasında dəmir yolu ilə yük daşımalarının həcmi də artır. Ötən il bu istiqamətdə daşımalar 6,3 faiz artıb.

Qeyd olunur ki, 2026-cı ilin may ayında tərəflər Zabaykalsk–Mançuriya istiqamətində ikinci əsas dəmir yolu xəttinin tikintisi ilə bağlı müqavilə imzalayıblar.
Layihənin 2030-cu ilə qədər əlavə 11 milyon ton yükün daşınmasına imkan yaradacağı gözlənilir.

İki ölkə arasında dəmir yolu daşımalarının artımına təsir göstərə biləcək digər layihə isə Trans-Altay dəmir yoludur.

Nəşrin məlumatına görə, layihənin reallaşması Rusiyanın Çinin Sincan Uyğur Muxtar Vilayətinə dəmir yolu çıxışını təmin edə bilər.

Rusiya tərəfi bu marşrutu Avropa ilə Asiya arasında mövcud cənub dəniz yollarına alternativ nəqliyyat dəhlizi kimi nəzərdən keçirir.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью