“Rusiya ilə danışıqlar aparılır, amma təfərrüatlar açıqlanmır” Tramp

05.05.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqların davam etdiyini təsdiqləyib.

Ağ Evin mətbuat heyəti ilə söhbət zamanı “The Wall Street Journal” qəzetinin müxbiri Trampa Putinlə danışıqlarla bağlı yeniliklərin olub-olmadığını soruşub. Lakin Tramp detalları açıqlamaqdan imtina edib. “Mən “Wall Street Journal”-a danışmazdım, çünki bu, vaxt itkisi olardı. Danışıqlar gedir” – deyə o bildirib.

Prezident əlavə edib ki, ötən həftəsonu Rusiya və Ukrayna ilə bağlı "çox yaxşı" müzakirələr aparılıb. Mart ayında Səudiyyə Ərəbistanında Vladimir Putinlə mümkün görüş məsələsinə toxunan Tramp, bu barədə hələ düşünmək lazım olduğunu qeyd edib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью