“Rusiya ilə danışıqlarda ərazi məsələsi müzakirə olunacaq” Zelenski açıqladı

22.01.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Rusiya və ABŞ nümayəndələri ilə keçiriləcək üçtərəfli danışıqlarda ölkənin şərqindəki (Donetsk və Luqansk vilayətləri – red.) ərazi məsələlərinin müzakirə olunacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Davosda jurnalistlərə açıqlama verən Ukrayna lideri yanvarın 23-də başlayacaq və iki gün davam edəcək görüşün, əsasən, torpaq məsələsinə həsr olunacağını bildirib.

“Düşünürəm ki, üçtərəfli görüşlərdə bir-birimizə seçimlər təqdim edə bilərik. Bu, ölkəmizin şərqi ilə bağlıdır. Bu, torpaq məsələsidir”, – deyə o vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, hazırda müxtəlif variantlar nəzərdən keçirilsə də, ərazi bütövlüyü ilə bağlı hələlik yekun qərar verilməyib.

Qeyd edək ki, baş tutacaq danışıqlarda Ukraynanı müdafiə naziri Rüstəm Umerov və Prezident Ofisinin rəhbəri Kirill Budanovun da daxil olduğu geniş nümayəndə heyəti təmsil edəcək. ABŞ tərəfindən isə danışıqlara xüsusi elçi Stiv Uitkoff və Cared Kuşnerin rəhbərlik edəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью