Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Almaniya kansleri Fridrix Mertz Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı ölkəsinin Danimarka və Qrenlandiyanı Rusiyadan gələ biləcək mümkün təhlükələrdən qorumağa hazır olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Almaniya ABŞ-ın Arktikada Rusiyadan qaynaqlanan təhdidləri ciddi qəbul etməsini yüksək qiymətləndirir.
Mertz qeyd edib ki, bu vəziyyət böyük dövlətlər arasında rəqabətin yenidən gücləndiyini açıq şəkildə göstərir.
“Biz Avropaya məxsus ərazilərin güc yolu ilə ələ keçirilməsinə imkan verməyəcəyik”, – deyə Almaniya kansleri vurğulayıb.
Fridrix Mertz həmçinin, transatlantik əlaqələrə zərbə vuran tariflərə qarşı olduqlarını bildirib və Avropa ilə ABŞ arasında strateji əməkdaşlığın qorunmasının vacibliyini diqqətə çatdırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az