Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır Fərhad Əhmədov

24.07.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Hazırda Azərbaycanda yaşayıram".

Bu sözləri "Unikal"a eksklüziv açıqlama verən azərbaycanlı milyarder Fərhad Əhmədov deyib. O bildirib ki, Rusiyaya getmir:

"Ora ilə əlaqəm demək olar ki, yoxdur. Vətən daha yaxşıdır. Burada yaşayıb, Azərbaycana xeyir vermək istəyirəm. 

Mən Göyçay və İsmayıllı rayonlarında bir milyona yaxın gilas və üzüm tingləri əkmişəm. Eyni zamanda, insan yaşlananda öz Vətəni üçün darıxır. Sentyabrın 15-də 70 yaşım tamam olacaq.

Sentyabrın 10-dan 15-nə kimi yetmiş min ağac əkəcəm. Biləsiniz ki, bu rayonlarda yaratdığım təsərrüfatda xeyli kəndçi işləyir, ailəsinə çörək aparır".

Asəf Rzayev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью