“Rusiya ilə əməkdaşlıq qlobal enerji təhlükəsizliyi üçün vacibdir”

18.04.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Çin-Rusiya enerji əməkdaşlığı qlobal enerji təhlükəsizliyinin təmin edilməsində müsbət qüvvədir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Çin Dövlət Şurasının Baş nazirinin müavini Din Syuesyan Rusiyanın energetika naziri Sergey Tsivilevlə görüşündə deyib.

“Son illərdə Çin və Rusiya arasında enerji ticarətinin həcmi ümumi ikitərəfli ticarətin üçdə birindən çoxunu təşkil edib”, - o qeyd edib.

Syuesyanın sözlərinə görə, Pekin və Moskva arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın gələcək inkişafına güclü dəstək verən əsas layihələr irəliləyir və əməkdaşlıq sahələri davamlı olaraq genişlənir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью