Rusiya ilə görüşdə növbəti addım bu olacaq Rubio

25.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ümid edirəm ki, Rusiya tərəfi ilə yeni görüşdə Moskvanın Ukrayna münaqişəsini dayandırmaq üçün nə edə biləcəyini öyrənəcəm.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

"Keçən həftə (18 fevral - red.) görüşdük və əsas sual bu oldu ki, siz bu münaqişənin bitməsində maraqlısınız, ya yox? Cavab verdilər ki, uyğun şərtlər daxilində bunda maraqlı olardılar. Bu şərtlərin nə olduğunu müzakirə etmədik. Beləliklə, növbəti addım onlarla yenidən görüşmək və Rusiyanın müharibəni dayandırmaq üçün nə etməli olduğunu təsvir etmək olardı", - Rubio bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью