Rusiya ilə görüşdən sonra ilk addım Rubio açıqladı

21.02.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya qlobal gücdür.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

“İstəsək də, istəməsək də, bu, belədir. Fikir ayrılıqları olsa belə, Moskva ilə dialoq aparmaq önəmlidir. İlk addım hazırda məhdud əsaslarla fəaliyyət göstərən ABŞ-ın Rusiyadakı səfirliyinin işini bərpa etmək olmalıdır”, – deyə Rubio bildirib.

Onun sözlərinə görə, Rusiya Suriya və Avropada, eləcə də Yaxın Şərqdə güclü təsirə malikdir.

Qeyd edək ki, fevralın 18-də Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələri arasında görüş olub.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью