Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq Pezeşkian

20.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Təbii ki, bir-birimizə kömək edə biləcəyimiz bütün sahələrdə, o cümlədən hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyə çalışacağıq.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində deyib.

“Biz əməkdaşlıq etməliyik ki, düşmən asanlıqla gəlib bizi məhv edib getməsin. Düşmən bizi asanlıqla məğlub edə biləcəyi ilə bağlı illüziyalara qapılmamalıdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, Rusiya və İran arasında 17 yanvarda strateji tərəfdaşlıq sazişi imzalanıb. Saziş hərbi əməkdaşlığı əhatə etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью