Rusiya ilə İran arasında bağlanacaq strateji müqavilənin DETALLARI 47 maddə var

13.01.2025

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Rusiya paytaxtına səfər edəcək.

Səfər zamanı iki ölkə arasında starteji əməkdaşlıq müqaviləsi imzalanacaq.

Publika.az xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazım Cəlali müqavilənin detallarını açıqlayıb.

“İran və Rusiya Federasiyası arasında strateji hərtərəfli əməkdaşlıq müqaviləsi 47 maddədən ibarətdir və ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir”, - səfirin sözlərini “RİA Novosti” sitat gətirib.

“Bu saziş giriş hissəsindən və 47 maddədən ibarətdir. Onun imzalanması və həyata keçirilməsi ilə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın səviyyəsi xeyli yüksələcək”, - deyə Cəlali qeyd edib.

Tural

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью