Rusiya ilə İran arasında tərəfdaşlıq sazişi imzalanacaq

26.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Yanvarın 17-də Moskvada Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanacaq.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat verib.

"İran və Rusiyanın Hərtərəfli Əməkdaşlıq Müqaviləsi imzalamağa hazır olmasından danışan Kazım Cəlali İranın Prezidenti Məsud Pezeşkianın yanvarın 17-də Moskvaya səfəri barədə məlumat verib və bildirib ki, iki ölkə arasında əməkdaşlıq sazişi Pezeşkian və Putin tərəfindən imzalanacaq", - İranın Moskvadakı səfirliyinin bəyanatında bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью