Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlər barədə açıqlama verib.
Modern.az xəbər verir ki, Paşinyan Ermənistanın Rusiyaya zərər vurmaq niyyətində olmadığını bildirib.
“Bizim Rusiyaya zərər vurmaq nə istəyimiz, nə də məqsədimiz olub və bundan sonra da olmayacaq. Rusiyadan da eyni münasibəti gözləyirik. Biz Rusiyanın suverenliyinə və maraqlarına hörmət edirik. Lakin öz suverenliyimizə və maraqlarımıza da hörmət edirik, təbii ki, daha çox”, – Baş nazir qeyd edib.
Paşinyan Moskva ilə dialoqun davam etdiriləcəyini də vurğulayıb:
“Biz Rusiya ilə mübahisə etməyəcəyik. Dostluq və qardaşlıq şəraitində dialoq davam edəcək”.