Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur

17.03.2025

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs münaqişənin dondurulması demək deyil.

Bunu "RBK-Ukrayna”ya müsahibəsində ölkənin xarici işlər naziri Andrey Sibiqa bildirib.

"Bu heç bir halda dondurulmuş münaqişə deyil, ABŞ nümayəndə heyəti ilə birgə bəyanatımızda təsbit edildiyi kimi, 30 günlük müvəqqəti atəşkəsdir", - A.Sibiqa vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna hamıya sübut etdi ki, sülhə gedən yolda maneə o deyil.

"İndi addım atmaq növbəsi Rusiyadadır. Rusiya ABŞ-yə 30 günlük atəşkəslə bağlı rəsmi cavab verməlidir. Dövlətin mövqeyini təsdiqləmək üçün müxtəlif rəsmi formalar var. Hazırda heç bir təsdiq yoxdur. Bu təsdiq birbaşa ABŞ tərəfinə təqdim edilməlidir", - A.Sibiqa bildirib.

Nazir qeyd edib ki, Ukrayna heç vaxt ərazilərinin itirilməsini qəbul etməyəcək, həmçinin əmindir ki, heç kim ona bu və ya digər ittifaqlarda, istər Avropa İttifaqı, istərsə də NATO-da iştirak etməyi qadağan edə bilməz.

report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью