Rusiya ilə ortaq yaradılan şirkətin səhmləri dövriyyədən çıxarılır

10.12.2025

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiyada taxılın dəmir yolu ilə daşınmasını həyata keçirən “Rusaqrotrans” QSC-nin ortaq müəssisəsi olan “AzRusTrans” QSC (VÖEN – 2003950691) ləğvetmə prosesi ilə əlaqədar səhmlərinin dövriyyədən çıxarılmasını və ləğv edilməsini elan edib.
Yeniavaz.com
xəbər verir ki, “AzRusTrans” QSC-nin ləğv olunması ilə bağlı məlumat 3 ay əvvəl yayılıb.
Qeyd edək ki, “AzRusTrans” 2016-cı ildə yaradılıb və onun əsas məqsədi Azərbaycan, Rusiya, İran, Gürcüstan və Türkiyə arasında yük daşımalarının dəmir yolu ilə payını artırmaq olub. Nizamnamə kapitalı 150 min manat təşkil edən QSC-nin qanuni təmsişçisi Məmmədov Ayaz Əlibala oğludur.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью