Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Agence France-Presse” agentliyinin məlumatına görə, Polşa və Almaniya hərbçiləri Rusiya ilə sərhəddə “kirpi” kimi tanınan beton maneələr quraşdırıblar.
Polşa ilə Rusiya arasındakı sərhədin uzunluğu təxminən 210 kilometrdir.
Maneələrin quraşdırılmasına 2024-cü ildə başlanılıb. Bu tədbirlər Polşa və NATO-nun Rusiya və Belarusla sərhədlərinin möhkəmləndirilməsini nəzərdə tutan “Şərq Qalxanı” proqramının bir hissəsidir. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın sözlərinə görə, layihənin həyata keçirilməsi üçün təxminən 10 milyard avro ayrılıb.
Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik bildirib ki, “Şərq Qalxanı” çərçivəsində potensial hərbi əməliyyat baxımından strateji əhəmiyyət daşıyan ərazilər də daxil olmaqla, ölkənin sərhədinin 200 kilometrdən çox hissəsinin təhlükəsizliyi təmin ediləcək.
Onun sözlərinə görə, Polşa hərbçiləri ölkənin bütün şərq və şimal sərhədlərini 48 saat ərzində minalamaq imkanına malikdir.
S.ELAY
XQ