Missiya.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Çinin paytaxtı Pekində Şimali Koreya lideri Kim Çen Inla görüşü zamanı Rusiya ilə Şimali Koreya arasında münasibətlərin xüsusi xarakter daşıdığını bildirib.
Missiya.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Şimali Koreya ordusunun Kursk vilayətinin azad edilməsində rolu ölkələr arasında bağlanmış razılaşmaya uyğundur”, - Rusiya Prezidenti qeyd edib.
Şimali Koreya lideri öz növbəsində əlaqələrin bütün aspektlərdə inkişaf etdiyini vurğulayıb:
“Əgər Pxenyan Rusiyaya hər hansı bir şəkildə kömək edə bilsə, bunu mütləq edəcək, bu, qardaşlıq borcudur”,- o əlavə edib.
Nurlana Əhmədova
Missiya.Az