Rusiya ilə Şimali Koreya arasında strateji tərəfdaşlıq sazişi qüvvəyə minib

05.12.2024

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya və Şimali Koreya arasında Strateji Tərəfdaşlıq Sazişi dekabrın 4-də Moskvada iki dövlətin xarici işlər nazirlərinin müavinlərinin məktub mübadiləsindən sonra qüvvəyə minib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Rusiya və Şimali Koreya saziş ölkələr arasında ikitərəfli qarşılıqlı əlaqələrin dərinləşməsinə töhfə verəcək. Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, sənəd yeni, ədalətli və çoxqütblü dünya qurmaq məqsədlərinə cavab verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью