Rusiya ilə sülh danışıqlarına hazırıq Merts

17.06.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya kansleri Fridrix Merts Avropanın Rusiya ilə Ukraynada sülh yolu ilə həll yolu axtarmağa hazır olduğunu bildirib.

"Ölkə.az" bu barədə xarici mediaya istinadla xəbər verir.

"Biz sülh danışıqlarına hazırıq. Ukrayna və Rusiyanın, eləcə də Avropa və Amerikanın danışıqlar masasına oturmalı olduğunu demişik", - Merts bildirib.

Almaniya kansleri əlavə edib ki, Avropa Ukraynaya dəstəyini gücləndirməyə hazırdır.

Bu arada, Politico yüksək vəzifəli Avropa rəsmisinə istinadən bildirib ki, Kaya Kallas Rusiya ilə dialoqda potensial danışıqçı kimi özünü istisna edib. Məqalədə qeyd olunur ki, Moskvaya qarşı aqressiv ritorikasına görə Kallas Rusiya ilə razılığa gələ bilməyəcək.

Elvin
Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью