Rusiya ilə tezliklə görüş olacaq, ABŞ la razıyam Zelenski

21.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın komandası Miladdan əvvəl, yəni dekabrın 25-nə qədər Ukrayna və Rusiya ilə yeni sülh danışıqları təşkil etməkdə qərarlıdır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, texniki görüşlər tezliklə keçiriləcək. Əsas məqsəd gələcək danışıqların məzmununu və nəticəsini hazırlamaqdır:

“Yalnız bundan sonra üçtərəfli görüşün yeri və vaxtı barədə razılığa gəlmək mümkün olacaq. Lakin Vaşinqton artıq Miladdan əvvəl onu keçirmək istədiyini bildirib”.

Zelenski ABŞ-nin təklifi ilə razılaşdığını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью