Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Birləşmiş Ştatlar tezliklə Rusiya ilə Ukrayna arasında münaqişənin həllinə dair danışıqları yenidən bərpa etmək niyyətindədir”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Mark Rubio “Reuters“ə açıqlamasında deyib.
"Biz həmçinin anlayırıq ki, hər iki tərəfin kifayət qədər aydın “qırmızı xətləri” var və bu xətləri bir-birinə müəyyən qədər yaxınlaşdırmağa nail olmayınca, istənilən nəticəni əldə edə bilməyəcəyik. Lakin biz buna hazırıq", - deyə o bildirib.
Qeyd edək ki, iyunun 24-də Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukrayna ilə sülh danışıqları aparmağa hazır olduğu prinsipləri açıqlayıb.O vurğulayıb ki, bu, İstanbulda əldə edilmiş razılaşmalar əsasında mümkündür.
Əhməd
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin