Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub

06.05.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya 205 ukraynalı əsiri Kiyevə, Ukrayna da 205 rusiyalı əsiri Moskvaya qaytarıb.

Mübadilə mayın 6-da baş tutub.

Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, azad edilən rusiyalı əsgərlər hazırda Belarusdadırlar.

"Orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı verilir”, - Rusiya MN-in məlumatında qeyd olunub

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью