Rusiya ilə Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub YENİLƏNİB

24.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Rusiya ilə Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva müharibədə ölən 757 ukraynalı hərbçinin meyitini Kiyevə təhvil verib.

Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şəmsail Saraliev bildirib ki, Ukrayna tərəfi Moskvaya 49 Rusiya hərbçisinin meyitini qaytarıb.

16:52

Daha 757 hərbçinin meyiti Ukraynaya qaytarılıb.

APA xəbər verir ki, bu barədə Hərbi Əsirlərin Koordinasiya Qərargahı məlumat yayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью