Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Rusiya ilə Ukrayna arasında Oleşki şəhəri ilə məhdudlaşan yerli atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Ağ Evin məlumatına görə, atəşkəs oktyabrın 29-da qüvvəyə minəcək.
Bildirilib ki, ABŞ-ın birinci xanımı Melaniya Tramp və onun nümayəndəsi yerli atəşkəsin şərtlərini müəyyənləşdirmək üçün Rusiya və Ukrayna rəsmiləri ilə birbaşa əlaqə saxlayıblar.
Məlumata görə, Melaniya Tramp xüsusi vasitəçi qismində hər iki tərəflə danışıqlara başlayıb. Tərəflər razılaşmanın məqsədləri, texniki prosedurları, müddəti və şərtləri barədə razılığa gəliblər.
Razılaşmaya əsasən, humanitar yardımın əraziyə çatdırılmasına şərait yaratmaq və mülki şəxslərin müəyyən edilmiş təhlükəsiz dəhliz vasitəsilə təxliyəsinə hazırlaşmaq üçün Oleşkidə bütün hərbi fəaliyyətlərin müvəqqəti dayandırılması nəzərdə tutulur.
Aytən Yaşar/Turkustan.az