Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyada gizli səfərbərlik başlayıb və Ukrayna Silahlı Qüvvələri (USQ) artıq oktyabr ayında cəbhədə düşmənin canlı qüvvəsinin əhəmiyyətli dərəcədə artacağını gözləyir.
Bizim.Media xəbər verir ki, bu barədə USQ-nin Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert Brovdi ("Madyar" çağırış adı ilə tanınır) “The Telegraph” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, Rusiya ilin sonunadək səfərbər olunan 300 min nəfəri təchiz etmək imkanına malikdir:
“Onlar demək olar ki, heç bir təlim keçmədən cəbhəyə göndəriləcək”.
Brovdi vurğulayıb ki, Ukrayna buna hazırlaşır və düşməni döyüş meydanında layiqincə qarşılayacaq.
Bizim.Media