Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Hindistandan ilk benzin partiyasını qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” Kpler şirkətinin məlumatlarına istinadən yazıb.
Analitiklərin məlumatına görə, yanacaq tədarükü avqustun 5-də həyata keçirilib. Tədarükçü Hindistanın neft emalı şirkəti “Nayara Energy Ltd.” olub.
İyunun sonunda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya neft məhsullarının idxalı ilə bağlı digər ölkələrlə danışıqlar aparır. Onun sözlərinə görə, münasib qiymətlərlə bağlı razılıq əldə olunacağı təqdirdə tədarüklər həyata keçiriləcək. İdxalın məqsədi artan tələbi azaltmaq və daxili bazarı sabitləşdirməkdir.
İyunun 28-də Rusiya Prezidenti Vladimir Putin yanacaqdoldurma məntəqələrində yaranan növbələr və yanacağın bəzi ərazilərdə yoxa çıxması fonunda hökumətə bazarın sabitləşdirilməsi üçün sistemli tədbirlər görməyi tapşırıb.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə idxalın əsas tədbirlərdən birinə çevrilə biləcəyini bildirib. Onun sözlərinə görə, bunun həyata keçirilməsi üçün artıq güzəştli vergi şərtləri yaradılıb.
Xədicə BAXIŞLI