Rusiya ilk dəfə Su 57 qırıcılarını bu ölkəyə satdı

18.11.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ilk dəfə olaraq beşinci nəsil Su-57 qırıcılarını xarici müştəriyə təhvil verib.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Birləşmiş Aviasiya Korporasiyasının (OAK) baş direktoru Vadim Babexa məlumat verib.

“İki ədəd Su-57 artıq alıcı ölkəyə çatdırılıb və döyüş növbətçiliyinə başlayıb. Yeni Su-57-lər sifarişçi dövlətin tələblərinə tam cavab verir və həmin ölkə qırıcıların keyfiyyətindən razıdır”, - Babexa bildirib.

O, təhlükəsizlik səbəbindən alıcı ölkənin adını açıqlamayıb.

Qeyd edək ki, Rusiya mətbuatı Su-57-lərin satıldığı ölkənin Əlcəzair olduğunu yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью