Rusiya ilk dəfə Ukraynanı qitələrarası ballistik raketlə vurdu

21.11.2024

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bu gün səhər saatlarında rus qoşunları müxtəlif tipli raketlərlə Dnepr şəhərinə hücum edib.
Yeniavaz.com
UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, hücum zamanı Rusiya ordusu Ukrayna ərazisinə ilk dəfə RS-26 “Rubej” qitələrarası ballistik raketi atıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, raket Rusiyanın Həştərxan vilayətindən buraxılıb.
Bundan əlavə, Dneprə “MiQ-31K” qırıcıları ilə Rusiyanın Tambov vilayətindən X-47M2 “Kinjal” aeroballistik raketi, həmçinin “Tu-95MS” strateji bombardmançıları ilə Rusiyanın Volqoqrad vilayətindən yeddi “X-101” qanadlı raketləri atılıb.
Hücumun əsasən kritik infrastrukturları hədəf aldığı bildirilir.
Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, RS-26 “Rubej” qitələrarası ballistik raketinin uçuş məsafəsi 6 min kilometrə, döyüş başlığının kütləsi isə 1200 kiloqrama çatır. Raket həmçinin, nüvə başlığı daşımaq üçün nəzərdə tutulur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью