Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskva səfərindən sonra Kiyevdə danışıqlar aparır.
Türkiyə Rusiya və Ukrayna liderlərinin görüşünün təşkilində maraqlıdır.
Türkiyənin Rusiya və Ukrayna arasında atəşkəsin əldə edilməsində maraqlıdır".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Türkiyənin yeni sülh planı var: "Amma, Türkiyənin vasitəçiliyi müsbət nəticə verməyəcək.
Çünki bu müharibə Rusiyanın Qərbə qarş geopolitik üstünlük əldə etmək üçün başlatdığı müharibədir.
Rusiya burada ilkin şərtlər əldə etmədən müharibəni dayandırmayacaq.