Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın iştirakı ilə Parisdə G7-nin fövqəladə iclası keçirilə bilər. Axar.az xəbər verir ki, bu barədə "EurActiv" məlumat yayıb.
"Fransa Prezidenti Emmanuel Makronun Parisdə keçiriləcək G7 toplantısına dəvəti Rusiyanın 2014-cü ildə Krıma görə sözügedən birlikdən çıxarılmasından sonra bu sammitdə ilk iştirakı ola bilər.
Dəvətin Vladimir Putinə, yoxsa Rusiya hökumətinin digər nümayəndəsinə göndəriləcəyi hələlik bəlli deyil", - məlumatda bildirilib.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Makronun ona yazdığı mesajı paylaşmışdı.
Mesajda Makron cümə axşamı Davosdan sonra Parisdə G7 görüşünü keçirə və tədbirə ukraynalıları, danimarkalıları, suriyalıları və rusları dəvət edə biləcəyini yazıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.