Rusiya imperator 2 ci Nikolayın ABŞ a borcunu ödəməkdən imtina edib | Icma.az
Icma.az, Azpost portalına istinadən məlumat verir. Rusiyanın çar imperiyasının ABŞ-a olan borclarını ödəmək öhdəliyi yoxdur.
AzPost bildirir ki, bu barədə Rusiya maliyyə nazirinin müavini Vladimir Kolıçev deyib.
Dövlət Dumasında Kolıçev xatırladıb ki, hətta SSRİ-də belə heç kim “çar borcunu” ödəməyin vacib olduğunu hesab etmirdilər.
müasir Rusiya da bunu etməməlidir. “Başa düşdüyüm qədər, bu, hüquqi bir prosesdir.
Rusiyada Baş Prokurorluq bütün xarici məhkəmə işlərində cavabdehi təmsil edir.
Açığı, detalları bilmirəm, amma məhkəmə işi başlanarsa, Rusiya mütləq iştirak edəcək”, – TASS xəbər agentliyi nazir müavininin sözlərini sitat gətirdi.
Amerikanın Noble Capital fondu ABŞ Federal Rayon Məhkəməsində Rusiyaya qarşı çar borcları ilə bağlı 225,8 milyard dollarlıq iddia qaldırıb.
Fond iddia edir ki, Moskva dövlətin davamlılığı doktrinasını pozaraq Rusiya İmperiyası tərəfindən götürülmüş müəyyən suveren borc öhdəliklərini yerinə yetirməkdən imtina edib.
Tam oxu
Xəbəri oxu