Rusiya İngiltərəyə xəbərdar edib: Sanksiyalar əks nəticə verəcək

17.10.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Rusiyanın Londondakı səfirliyi Rusiyanın neft nəhəngləri "Rosneft" və "Lukoil"a qarşı Böyük Britaniyanın yeni sanksiyalarının enerji bazarlarına təsir etdiyi barədə xəbərdarlıq edərək, Rusiya iqtisadiyyatını “boğmaq” cəhdlərinin son nəticədə əks nəticə verəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd edilib.

“Rusiyanın aparıcı neft-qaz şirkətlərinə hücumlar qlobal enerji bazarlarını sabitsizləşdirir və son nəticədə adi Britaniya vətəndaşları, edəcə də yerli bizneslər də daxil olmaqla, bütün dünya üzrə istehlakçılara təsir edir”, - deyə bəyanatında bildirilir.

Sənəddə həmçinin qeyd olunub ki, bu tədbirlər Qlobal Cənub ölkələrində enerji qeyri-sabitliyini gücləndirəcək.

"Britaniya liderlərinin yüksək səslə verdiyi əminliklərin əksinə olaraq, bu məhdudiyyətlər Rusiyanın xarici siyasətinə heç bir təsir göstərməyəcək", - deyə səfirlik əlavə edib. “Londonun ölkəmizi şantaj etmək, bizimlə sanksiyalar və təhdidlər dilində danışmaq cəhdlərinin mənasız və əbəs olduğunu başa düşməsinin vaxtı çatıb”, - deyə qeyd edilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью