Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Rusiya İordaniyada dinlərarası sülhü və harmoniyanı pozmaq məqsədi daşıyan terror aktını qətiyyətlə pisləyir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"İordaniya cəmiyyətində yaranmış dinlərarası sülh və harmoniyanı pozmağa yönəlmiş bu terror hücumunu qətiyyətlə pisləyirik. Dini məkanlara və onların ziyarətçilərinə edilən hücumları qəbuledilməz hesab edirik. Terrorizm və ekstremizmin bütün formalarına qarşı mübarizədə dost İordaniya ilə sarsılmaz həmrəyliyimizi bir daha təsdiqləyirik", - deyə bəyanatda qeyd edilib.
Nazirlik həmçinin İordaniya rəhbərliyinə və xalqına başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.
Xatırladaq ki, oktyabrın 23-də İordaniyanın Kərək vilayətində yunan pravoslav kilsəsinə edilən silahlı hücum nəticəsində 7 nəfər ölüb, 40 nəfər yaralanıb.
Ölkənin səhiyyə naziri İbrahim Bdurun və hökumət sözçüsü Məhəmməd Momaninin açıqlamalarına görə, hadisə Həmud kəndindəki kilsədə dəfn mərasimi zamanı baş verib.
Hazırda hadisəyə görə özünü İslam Dövləti adlandıran qruplaşma məsuliyyəti üzərinə götürüb.
Əhməd
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin