Rusiya iqtisadiyyatı azalmağa davam edir KİV

12.09.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiya iqtisadiyyatı kəskin azalmağa davam edir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin ilk yeddi ayında artım Mərkəzi Bankın 1-2% proqnozunun aşağı həddinə yaxın olub.

“İqtisadçılar tam illik nəticələrin bu diapazonun altında ola biləcəyi barədə xəbərdarlıq ediblər. Sənaye istehsalı iyundakı 2 faizlik artımla müqayisədə iyul ayında yalnız 0.7% artıb. Bu da iqtisadçıların gözlədiyi tempin təxminən yarısıdır. Maliyyə Nazirliyinin məlumatına görə, ilk 8 ayda xərclər illik planın 67%-nə çatıb. Kəsir ÜDM-in 1,9%-ni və ya 4,2 trilyon rubl (49,7 milyard dollar) təşkil edib ki, bu da illik 1,7%-lik hədəfi üstələyir”, - agentlik bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью