Rusiya İran AES müqaviləsinin həcmi açıqlanıb

26.09.2025

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

İranın dövlət xəbər agentliyinin ("IRNA") yeni yaydığı məlumata görə, anlaşma memorandumu çərçivəsində AES-lərin tikintisi üçün ümumilikdə 25 milyard dollar sərmayə ayrılacaq. Bildirilib ki, tərəflər artıq icra müqaviləsi də imzalayıblar. Müqaviləyə əsasən, ölkənin cənubundakı Hörmüzgan ostanının Sirik şəhərində, 500 hektar ərazidə hər biri 1255 meqavat elektrik enerjisinə malik 4 qabaqcıl AES tikilib quraşdırılacaq.
Xatırladaq ki, sözügedən memorandumu Moskva tərəfindən Rusiyanın Atom Enerjisi üzrə Dövlət Şirkətinin ("Rosatom") Baş direktoru Aleksey Lixaçev, Tehrandan isə İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami imzalayıblar.
Rusiya İranda AES-lər tikəcək
Moskva şəhərində baş tutan mərasimdə Aleksey Lixaçev bu memorandumu "strateji layihə" adlandırıb. Məhəmməd İslami isə hələ bu həftənin əvvəlində yerli mətbuata müsahibəsində söyləmişdi ki, Tehran 2040-cı ilədək nüvə enerjisi gücünü 20 GVt-a çatdırmaq məqsədilə 8 AES tikmək niyyətindədir.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью