Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Rusiya İran dronları ilə Ukraynaya hücum edib
Bu gün səhər saatlarında Rusiya ordusu 134 ədəd İran istehsalı “Shahed-136/131” pilotsuz təyyarəsi ilə Ukrayna bölgələrinə hava hücumları həyata keçirib.
Məlumata görə, hücumlarda Ukrayna ordusunun qüvvələri 67 ədəd “Shahed” PUA-sını vurub. Bildirilib ki, dronlar zenit-raket bölmələri, elektron döyüş texnikası vasitəsilə məhv edilib.
Qeyd olunub ki, hava zərbələrində Ukraynanın Xarkov, Poltava, Donetsk, Odessa, Dnepropetrovsk, Zaporojya vilayətləri hədəfə alınıb.
"AzPolitika.info"