Rusiya İran dronları ilə Ukraynaya hücum edib

14.05.2025

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün səhər saatlarında Rusiya ordusu yenidən 100-ə yaxın İran istehsalı “Shahed-136/131” pilotsuz təyyarələri ilə Ukrayna şəhərlərinə hücum edib.

Bildirilib ki, hava hücumları zamanı 80 ədəd “Shahed” PUA-sı Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən zərərsizləşdirilib.

Dron zərbələri nəticəsində Ukraynanın Sumi, Xarkov, Odessa, Donetsk, Kirovoqrad vilayətləri zərər çəkib.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью