Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu həftə ərzindəki genişmiqyaslı hücumların davamı olaraq Rusiya ordusu səhər saatlarında yenidən 112 ədəd İran istehsalı olan “Shahed-136/131” PUA-sı ilə Ukraynaya hücum edib.
Məlumata görə, hücumlar zamanı Ukrayna Müdafiə Qüvvələrinin elektron döyüş bölmələri tərəfindən 73 ədəd “Shahed” pilotsuz təyyarəsi vurulub.
Qeyd olunub ki, hücumlarda Rusiyanın hədəfində əsasən, Ukraynanın Odessa, Jitomir, Çerniqov, Nikolayev və Kiyev vilayətləri olub.
"AzPolitika.info"