Rusiya İran Strateji Sazişində sual doğuran məqamlar Adlar çəkilmir

18.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Rusiya ilə İran arasında bağlanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişində konkret ölkələr və hərbi bloklardan bəhs edilmir.
Teleqraf.com xəbər verir ki, sənəd Kremlin saytında dərc olunub.

47 maddədən ibarət olan sazişdə NATO, ABŞ, Ukrayna, İsrail, Suriya və digər dövlətlər haqqında heç nə deyilmir. Müqavilədə hər hansı münaqişədən bəhs edilmir. Həmçinin Rusiya və ya İrana hücum zamanı qarşılıqlı müdafiəni nəzərdə tutmur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью