Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ və İsrailin İranla müharibəsi Ukraynadakı müharibəyə də çox güclü təsir edir.
Reyting.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas bildirib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri üzərində rəqabət get-gedə artır və bəzi resurslar artıq Yaxın Şərqə yönəlir.
Kallas həmçinin vurğulayıb ki, bu müharibə səbəbindən neft qiymətlərinin artması da, Rusiyaya sərf edir və baş verənlər Rusiyaya Ukraynadakı müharibəni maliyyələşdirmək imkanı yarada bilər.
Diplomat eyni zamanda Ukraynadakı vəziyyəti diqqətdən kənarda saxlamamaq barədə çağırış edib.
Oqtay QORÇU