Rusiya İrana Su35 qırıcılarını təhvil verdi

01.12.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

İranın Hərbi Hava Qüvvələri özəl mərasimlə iki “Sukhoi” (“Su-35”) qırıcısını qəbul edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Flog Review” jurnalı məlumat yayıb.

Məlumata görə, döyüş təyyarələrinin hissələri ayrılaraq, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Tehranın Mehrabad hava limanına aparılıb və oradan Həmədan şəhəri yaxınlığındakı bazaya daşınıb.

“İran İnternəşnl” yazır ki, Tehran İsfahandakı “F-14” təyyarələrini əvəz etmək üçün yalnız “Sukhoi”dan istifadə etmək niyyətindədir. İranın “Su-35” sifarişi artıq 25-dən 50-yə yüksəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью