Rusiya İrana Su35 qırıcılarını təhvil verib

02.12.2024

Icma.az, Olke.az saytına istinadən bildirir.

İranın Hərbi Hava Qüvvələri özəl mərasimlə iki "Sukhoi" ("Su-35") qırıcısını qəbul edib.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Flog Review" jurnalı məlumat yayıb.

Məlumata görə, döyüş təyyarələrinin hissələri ayrılaraq, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Tehranın Mehrabad hava limanına aparılıb və oradan Həmədan şəhəri yaxınlığındakı bazaya daşınıb.

Iran International yazır ki, Tehran İsfahandakı "F-14" təyyarələrini əvəz etmək üçün yalnız "Sukhoi"dan istifadə etmək niyyətindədir. İranın "Su-35" sifarişi artıq 25-dən 50-yə yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью