Rusiya İranda 8 atom elektrik stansiyası tikəcək

10.06.2025

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Tehran İranda səkkiz atom elektrik stansiyası tikmək üçün Rusiya ilə müqavilə imzalayıb”.

Missiya.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rəzai məlumat verib.

“Rusiya ilə razılaşmaya əsasən, İranda səkkiz atom elektrik stansiyası tikiləcək, onlardan dördü ölkənin cənubundakı Buşehrdə yerləşəcək”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью