Rusiya İranda səkkiz yeni atom enerji blokunun tikintisinə başlayır

27.10.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Rosatom" İranla daha səkkiz atom enerji blokunun tikintisinə dair razılaşma imzalayıb

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçov bildirib.

"Daha səkkiz enerji blokunun tikintisi ilə bağlı razılaşmalarımız imzalanıb. Payızda isə İranın maraqları naminə kiçik enerji bloklarının tikintisi haqqında saziş imzalanıb", - deyə Lixaçov bildirib.

O qeyd edib ki, "Buşehr" Atom Elektrik Stansiyasının 2 və 3 nömrəli enerji bloklarının tikintisi davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью