Rusiya İranın hava hücumundan müdafiəsini gücləndirməyə kömək etmiş ola bilər Mənbələr

31.01.2026

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

30 yanvar şənbə günü Rusiya ilə İran arasında genişmiqyaslı hava daşınması qeydə alınıb.Bizimyol.info xəbər verir ki, mənbələrə görə, hava hücumundan müdafiə sistemləri təchiz edilib.

Rusiyanın hava hücumundan müdafiəsini gücləndirmək üçün İrana "S-300" və "S-400" sistemlərini ötürdüyü güman edilir. Digər detallar hələ də məlum deyil.

Bu, etirazların qəddarcasına yatırılması səbəbindən ABŞ-dan zərbə gözləntiləri fonunda baş verib. Daha əvvəl ABŞ prezidenti Donald Tramp güclü ABŞ dəniz qüvvələrinin İrana yaxınlaşdığını elan etmiş və Tehranı təcili danışıqlara ehtiyac olduğu barədə xəbərdar edib.

31 yanvar bazar günü Tehranın böhran idarəetməsinin rəhbəri müharibəyə hazırlıqları elan edib. O, Tehranda metro stansiyalarının və dayanacaqların sığınacaq kimi təyin olunduğunu bildirib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью