Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə söhbətində Moskvanın Tehranla əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu və iki tərəf arasında əlaqələrin davam edəcəyini bildirib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə TASS yazıb.
Şoyqu və Laricani arasında bu gün keçirilən telefon danışığından sonra Rusiya Təhlükəsizlik Şurasının katibi Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında 17 yanvar 2025-ci ildə imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi əsasında ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib.
Rusiya Təhlükəsizlik Şurası qeyd edib ki, tərəflər əlaqələri davam etdirmək və təhlükəsizliyi təmin etmək üçün mövqelərini əlaqələndirmək barədə razılığa gəliblər.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin