Rusiya İranla qarşılaşacaq

26.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya millisi İran yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac danışıb.

O, komandaların oktyabrın 6-da qarşılaşacağını bildirib. Görüş İran millisinin 2026-cı il dünya çempionatı üçün hazırlığına təsadüf edəcək.

Xatırladaq ki, Rusiya millisi ölkənin Ukraynaya silahlı müdaxiləsinə görə 2022-ci ildən etibarən beynəlxalq yarışlardan kənarlaşdırılıb. İran isə artıq DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью