Icma.az bildirir, Axar.az portalına istinadən.
Rusiyanın Tehrandakı səfirliyi İran güləş komandasına Yarıgin Kuboku yarışlarında iştirak etmək üçün viza verməkdən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.
Viza imtinasının səbəbi açıqlanmayıb.
Bundan əvvəl yanvarın 26-da da Xorvatiya səfirliyi Zaqreb Reytinq Yarışmasında iştirak etmək istəyən İran güləş komandalarına viza verməkdən imtina edib.